Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

Eldar Sultanov: «Leyla Yunusla bağlı müvafiq tədbirlər görüləcək»


Baş Prokurorluq

Baş Prokurorluq

-

Baş Prokurorluğun mətbuat xidməti hüquq müdafiəçisi Leyla Yunusun istintaqa gəlməməsinə münasibət bildirib. Qurumun rəhbəri Eldar Sultanov apa-ya müsahibəsində bildirib ki, Leyla Yunusun istintaq qarşısında şərt qoyması qəbuledilməzdir:

«Leyla Yunusova və həyat yoldaşı Arif Yunusov konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün iyulun 7-də istintaqa dəvət olunsalar da, hər iki şəxs üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar. Leyla Yunusovanın istintaq qarşısında şərt qoyması qəbuledilməzdir. O, ifadə verməyəcəyi ilə bağlı nümayişkaranə açıqlamalar verməklə qanunvericiliyin tələblərindən qəsdən yayınıb».

Eldar Sultanov bildirib ki, qanunvericiliyin tələblərinə əməl etməyəcəyi təqdirdə Leyla Yunus haqqında müvafiq tədbirlər görüləcək:

«Leyla Yunusova Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi, o da öz növbəsində qanunların tələblərinə riayət etməklə onlara hörmətlə yanaşmalıdır. Əks təqdirdə, barəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək».

Leyla Yunus iyunun 7-də ifadə vermək üçün Baş Prokurorluğa çağırılmışdı. Hüquq müdafiəçisi mətbuata açıqlamalarında bildirmişdi ki, prokurorluq ondan aldığı sənədləri geri qaytarmasa, ifadə verməyə getməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG