Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:03

115 min manatlıq iş məhkəməyə göndərilib


-

Ağdamda ünvanlı sosial yardıma ayrılan 115 min manatının mənimsənilməsi ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə iyulun 7-də Baş Prokurorluq məlumat yayıb.

Prokurorluğun məlumatında qeyd olunur ki, 115 min manatın mənimsənilməsində şübhəli bilindiyi üçün Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru və daha yeddi əməkdaş barəsində Cinayət Məcəlləsinin «mənimsəmə və ya israf etmə», «vəzifə saxtakarlığı» maddələri ilə cinayət işi açılıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG