Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

Keçmiş Fransa prezidenti Sarkozy-nin qanunvericiliklə bağlı problemləri artır. Məhkəməyə yaxın mənbələrin dediyinə görə, onun partiyasının seçki pozuntusu ilə bağlı cərimələrinin Sarkozy-nin öz cibindən ödəyəcəyi məsələsi araşdırılır.

Fransada Seçkilərin Maliyyələşməsini izləyən qurum – CNCCFP qərar verib ki, Sarkozy seçkidə xərclərə qoyulan 22,5 milyon avro həddini keçdiyinə görə, bu həddən artıq olan 363 min avronu və dövlətin verdiyi 153 min avronu ödəməlidir.

Hazırda Sarkozy-nin 2007-ci ildəki seçki kampaniyasının maliyyələşdirilməsinin araşdırılmasında 10 şahid ifadə verməyə hazırlaşır.

Sarkozy seçki kampaniysına , o cümlədən keçmiş Liviya diktatoru Gaddafidən pul almaqda ittiham olunur.

Başqa bir cinayət işi isə Sarkozy-nin 2011-ci ildə Tulon şəhərində toplantıya çəkdiyi xərclərlə bağlıdır. Sarkozy dövlət pulunu dağıtmaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG