Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:32

Prokuror Bolotnaya nümayişinin təşkilatçılarına 8 il həbs cəzası istəyib


Sergei Udaltsov
Sergei Udaltsov

Moskva məhkəməsində prokuror müxalifət fəalları Sergei Udaltsova və Lenid Razvozzhayevə hərəsinə 8 il həbs cəzası istəyib.

Sol Cəbhənin koordinatoru olan Udlatsov və Razvozzhayev 2012-ci ilin mayında Moskvada Bolotnaya meydanında anti-Putin nümayişlərinin təşkilində ittiham olunurlar. Bu nümayişlər sonda qarşıdurmaya və polislərin, nümayişçilərin xəsarət almasına gətirdi.

Müstəntiqlər bu nümayişləri Gürcüstan siyasətçisi Givi Targamadzenin maliyyələşdirdiyini bildirirlər.

Bolotnaya nümayişlərinin 8 iştirakçısı indiyədək 3 və 4 il həbs cəzası alıb. Onlardan bəziləri amnistiya ilə azad olunublar.

XS
SM
MD
LG