Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:52

Həbsxanaya narkotik maddə və telefon keçirmək istəyiblər


7 saylı həbsxanaya narkotik maddə, 11 saylıya mobil telefon keçirmək istəyiblər.

Bu barədə iyulun 7-də Ədliyyə Nazirliyinin penitensiar xidməti ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumata görə, hər iki halda bu addımı atmaq istəyənlər qadınlar olub.

Onlardan biri qəsdən adam öldürməyə görə 7 saylı həbsxanada cəza çəkən tanışına, digəri isə «qanunsuz narkotik maddə saxlama və satma»ya görə 11 saylıda cəza çəkən qohumuna mobil telefon vermək istəyib.

Penitensiar xidmətin məlumatına görə, narkotik maddə və mobil telefon məhbuslara gətirilmiş sovqatın içərisindən çıxıb.

XS
SM
MD
LG