Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:03

Nazirlik İctimai Siyasi Universitetin lisenziyasını uzatmadı


Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsinə - İctimai Siyasi Universitetinə verilən lisenziya müddətinin uzadılmaması barədə qərar verib.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov iyulun 7-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təhsil nazirinin əmri ilə yaradılan işçi qrup tərəfindən verilən qərar universitet rəhbərliyinə təqdim olunub. C. Valehov deyib ki, universitetdə aparılan araşdırmalar nəticəsində orada tədrisin formal xarakter daşıdığı, kafedraların mövcud qaydalara uyğun təşkil olunmadığı məlum olub:

«Hazırda həmin ali məktəbdə 566 tələbə təhsil alır və yaxın müddətdə onların mərkəzləşdirilmiş şəkildə digər ali məktəblərə köçürülməsi təşkil olunacaq. Bununla bağlı yaradılan işçi komissiya tələblərin müvafiq universitetlərdə yerləşdirilməsi ilə məşğul olacaqlar. Köçürülən tələblərin təhsil xərcləri oxuduqları ali məktəbin təhsil xərcindən yüksək olmayacaq. Cari ilin məzunları isə diplomlarını Azərbaycan İctimai Siyasi Universitetindən ala biləcəklər. Lisenziyanın geri alınması özlüyündə universiteti ləğv etmək deyil, qanunvericiliyin mövcud qaydalarındakı standartlara cavab verdiyi təqdirdə universitetə yenidən lisenziya verilməsi məsələsinə baxıla bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG