Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:04

Almaniya ilə ABŞ arasında casus qalmaqalı yarana bilər


Almaniya kansleri Merkel deyib ki, almaniyalı kəşfiyyatçının həm də ABŞ-a casusluq etməsi ittihamı düzdürsə, bu, ciddi hadisə olacaq.

O deyib: “Əgər iddialar düz çıxsa, bu, mənim tərəfdaşlar arasında etimad haqda təsəvvürlərimə zidd olacaq”.

Almaniyanın Daxili işlər naziri Tomas De Maiziere vəziyəti çıxılmaz adlandırıb.

Almaniya rəsmiləri 31 yaşlı alman kəşfiyytaçısının casusluq ittihamı ilə həbs olunduğunu təsdiqləyib.

Ağ Ev hadisəni şərh etmək istəməyib.

XS
SM
MD
LG