Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:45

-

Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı teatr mövsümünü Xaçmaz şəhərində M.F.Axundzadənin «Hekayəti xırs quldurbasan» tamaşası ilə başa vuracaq.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, teatrda 86-ci mövsümün son tamaşasının hazırlıq prosesi də başa çatmaq üzrədir.

Məşqlərinə mayın sonlarından start verilən «Qoğalın nağılı»na iyulun 16-da ictimai baxışı keçiriləcək.

Pərvin Nurəliyevanın səhnələşdirdiyi eyniadlı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandıracaqlar.

Xəbərdə vurğulanır ki, teatrın yeni – 87-ci mövsümünün ilk tamaşaı da məhz «Qoğalın nağılı» olacaq.

Yeni tamaşanın premyerası oktyabr ayının 11-i və 12-də saat 12:00-da baş tutacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG