Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:25

Məşhur Tsapok quldur dəstəsinin başçısı həbsxanada ölü tapıldı


Vaxtilə Krasnodar diyarında qətllərdə, adam oğurluğunda və qarətdə ittiham olunan məşhur Tsapok dəstəsinin lideri həbsxanada ölüb.

İstintaq İdarəsi bildirir ki, iyulun 7-də kamerada onu ölü vəziyyətdə tapıblar.

Tibbi ekspertiza onun ürək tutmasından öldüyünü bildirir.

Bundan 3 gün qabaq dəstənin digər üzvü İgor Chernykh həmin saxlanma mərkəzində kamerada özünü öldürüb.

Noyabr ayında Tsapok məhkəmədə demişdi ki, onu həbsxanada öldürəcəklər. Tsapok dəstəsinin yerli hakimiyyətlə əlaqələri haqda şübhələr var.

Dəstənin 3-cü üzvü Vladimir Alekseyev qətllərə və 12 adamı qul kimi saxlamağa görə ömürlük həbsə məhkum edilib.

XS
SM
MD
LG