Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:33

Leyla Yunus Baş Prokurorluğa ifadə verməyə getməyib [Audio]


Leyla Yunus
Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ifadə vermək üçün çağırıldığı Baş Prokurorluğa getməyib. Leyla Yunusun AzadlıqRadiosuna bildirdiyinə görə, hazırda ofisdə oturub və sənədlərinin qaytarılmasını gözləyir:

Gözlə
Embed

No media source currently available

0:00 0:00:55 0:00
Direct-ə keçid

«Məni ifadə vermək üçün indiyə kimi bir neçə dəfə prokurorluğa çağırıblar. Mən də demişəm ki, qanunsuz götürdüyünüz sənədləri qaytarın, gəlim. Sonuncu dəfə cümə günü zəng vurub bildirmişdilər ki, iyulun 7-si (bu gün) saat 10-da ifadə vermək üçün prokurorluqda olmalıyam. Mən yenə sənədləri tələb etdim. Mənə qarşı qanunsuzluq edən orqanla necə əməkdaşlıq edə bilərəm? İndi oturub gözləyirəm ki, sənədləri qaytarsınlar, gedim ifadə verim. Hələlik xəbər yoxdur. Sonuncu dəfə mənimlə telefonda kobud danışmışdılar. Ehtimal var ki, gəlib məni zorla aparsınlar».

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 29-da xaricə konfransa gedərkən Heydər Əliyev adına hava limanında saxlanılaraq, geri qaytarılıb. Saxlanarkən onların pasport və sənədləri götürülüb.

Daha sonra hüquq müdafiəçisinin ofisində və evində axtarış aparılıb. Bir gün sonra o, «dövlətə xəyanət»də ittiham olunaraq həbs edilən «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirova açılmış cinayət işi üzrə baş prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib.

XS
SM
MD
LG