Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:46

«Milan Expo 2015»də Azərbaycan pavilyonunun təməli qoyulub


«Milan Expo 2015» sərgisi

«Milan Expo 2015» sərgisi

-

2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək «Milan Expo 2015» sərgisində iştirak edəcək Azərbaycanın milli pavilyonunun təməli qoyulub və ərazidə tikinti işlərinə start verilib.

Heydər Əliyev Mərkəzinin yaydığı xəbərə görə, Azərbaycan «Planeti qidalandırmaq, həyat üçün enerji» şüarı altında keçirilən «Milan Expo 2015» sərgisində ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaq.

Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaş olan Heydər Əliyev Mərkəzi hazırda milli pavilyonun dizaynı və məzmun konsepsiyası üzrə işlər aparır.

1.7 mln. m2 ərazidə təşkil olunacaq «Milan Expo 2015» sərgisində 142 ölkə iştirak edir.

Hazırlıq işləri və təməlqoyma işlərinin yekunlaşmasına görə Azərbaycan bu ölkələr arasında ilk 10-luqdadır.

30 milyonadək ziyarətçinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət çəkməkdir.

Xəbərdə vurğulanır ki, «Milan Expo 2015» sərgisi Azərbaycanın tarixinin, mədəni irsinin dünyada tanıtımı və ölkənin iqtisadi-mədəni potensialının təqdimatı baxımından əhəmiyyət kəsb edir.

XS
SM
MD
LG