Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:34

Timoshenkoya 7 il həbs cəzası kəsən hakim axtarışa verilib


Yulia Timoshenkonu 7 il həbsə məhkum edən hakimi Ukraynanın axtarışda olan şəxsləri siyahısına salıblar.

Daxili işlər nazirliyi iyulun 7-də bildirir ki, Rodion Kireyev adlı hakim “bilərəkdən qanunsuz hökm verdiyinə görə” axtarşa verilib.

Kireyevi axırıncı dəfə keçən həftə Kiyevdə görüblər. O vaxtdan onun barəsində məlumat yoxdur.

Kireyev 2011-ci ildə keçmiş baş nazir Timoshenkoya hakimiyyətdən sui-istifadə ittihamı ilə 7 il həbs cəzası kəsmişdi.

XS
SM
MD
LG