Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:02

Hamas bildirir ki, yaraqlılardan yeddisi İsrailin hava hücumlarında qətlə yetirilib. İsrail ordusu iyulun 6-da hücumların baş verdiyini təsdiqləyib, bildirib ki, «İsrailin cənubuna raket hücumlarına cavab veriblər».

Baş nazir Benjamin Netanyahu iyulun 6-da kabineti qarşısında söz verib ki, İsrailin cənub icmalarında sakitliyin bərpası üçün «gərəkən hər şeyi edəcək».

İyulun 2-də 16 yaşlı Mohammed Abu Khder-in vəhşicəsinə qətlindən sonra Qüdsün şərqində dörd günlük zorakı toqquşmalar başlayıb və İsrailin ərəb şəhərlərinə də yayılıb. Hava zərbələri də bundan sonra endirilib.

Həmin gəncdən öncə üç israilli yeniyetmə oğurlanıb və qətlə yetirilib. İsrail buna görə Haması ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG