Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:47

Separatçıları dəstəkləyən Ukrayna deputatları cəzalandırılacaq


-

Ukraynanın şərqində separatçılara dəstək göstərən deputatlar mandatdan məhrum oluna və ev dustağına çevrilə bilərlər. Bunu Ali Radanın spikeri Aleksandr Turchinov deyib.

«Ukrainskaya pravda» Turchinova istinadla yazır ki, Ukrayna prokurorluğu təhqiqatın nəticəsini açıqlayan kimi həmin deputatların toxunulmazlığı alınacaq. «Ali Rada bu prosesi yubatmayacaq və məsələyə baxaraq, təhqiqat orqanlarına öz ölkəsinin əleyhinə işləyən deputatların həbsinə icazə verəcək,» Turchinov söyləyib.

Öncə Ukrayna hakimiyyəti kommunistləri terrorçu və separatçı fəaliyyətə bağlılıqda ittiham edib. Mayda prezident vəzifəsini icra edən Turchinov Kommunist Partiyasını qadağan etmək təşəbbüsü ilə çıxış edəcəyini bildirib.

Ukrayna Prokurorluğu deputat Oleq Tsarevə 3 cinayət işi açıb. Səbəb onun Donetskdə ölkənin federallaşması uğrunda mitinqlərə açıq çağırışlar etməsidir. O, separatçılıqda və konstitusion quruluşun zorla dəyişdirilməsinə çağırışlarda ittiham olunur. Ali Rada Tsarevin toxunulmazlığını alıb və onun saxlanması və həbsinə razılıq verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG