Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58

Rusiya xarici işlər naziri Cənub Axınını müzakirə edəcək


Sergei Lavrov

Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov iyulun 7 və 8-də Sloveniya və Bolqarıstana səfəri zamanı Cənub Axını qaz kəmərinin tikintisi ilə bağlı problemləri müzakirə edəcək.

Bu kəmər Rusiya qazını Qara Dəniz vasitəsilə Bolqarıstan, Serbiya, Sloveniya, Macarıstan və Avstriyaya çatdıracaq. Ancaq layihə hazırda yubanır. Səbəb onun Avropa Birliyinin anti-inhisar qanunları poza biləcəyi sarıdan narahatlıqdır.

Lavrovun səfərindən öncə, Rusiyanın xarici işlər nazirliyi bildirib ki, Cənub Axını iştirakçıları kəmərin tikintisinə dair «öhdəliklərinə əməl etməlidirlər».

İyulun 7-də Lavrov Bolqarıstan xarici işlər naziri Kristian Vigenin, prezident Rosen Plevneliev və baş nazir Pamen Oresharski ilə görüşəcək.

O, bir gün sonra Lyublianada Sloveniya prezidenti Borut Pahor və xarici işlər naziri, eləcə də baş nazirin müavini vəzifəsini icra edən Karl Erjavec ilə görüşlər keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG