Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

-

İyulun 6-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

BAKI METROSUNDA NƏLƏR BAŞ VERİR?

Az.Vision.az saytı son vaxtlar Bakı metrosunda qatarların hərəkətindəki fasilələr, eskalatorların nasazlığı, sərnişinlərin şikayətlərindən yazır.

Sayta açıqlamasında «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, qurum yay qrafikinə keçdiyinə görə, xətdə olan qatarların sayı azaldılıb. Bu da sərnişin sıxlığına səbəb olur.

Eskalatorlara gəlincə, N. Paşayev deyib ki, problemləri elə sərnişinlərin özü yaradır: «Son bir həftədə Metronun «Elmlər Akademiyası» stansiyasında sərnişinlər tərəfindən 8 dəfə eskalatorun dayandırılması halı müşahidə edilib».

QANUNSUZ YARMARKANIN FƏALİYYƏTİ SAKİNLƏRİ AYAĞA QALDIRDI

«Yeni Müsavat» qəzeti Xətai rayon sakinlərinin etiraz aksiyasından yazır. Aksiyaya səbəb Novruz bayramı ilə bağlı təşkil olunan satış yarmarkalarından birinin qanunsuz olaraq fəaliyyətini hələ də davam etdirməsidir.

Arxiv foto

Arxiv foto

«Martın 15-dən etibarən Əhmədlidə, M. Hadi küçəsində nəqliyyatın sıx olduğu yerdə yarmarka açılıb. Bu da sakinlərin ciddi narazılığına səbəb olub. Sakinlərin bildirdiyinə görə, indiyə qədər dəfələrlə aidiyyatı orqanlara şikayət etsələr də, onların şikayətinə baxan qurum tapılmayıb. Hətta şikayətçilərin bəzilərini polis bölməsinə çağıraraq, hədə-qorxu da gəliblər. Aksiya iştirakçıları prezidentə etdikləri müraciətə də, hələ cavab verilmədiyini bildirdilər».

PARTİYALAR DİNCƏLMƏYƏCƏK

«Qafqazinfo» saytı partiyaların yay tətili proqramları ilə bağlı sorğu keçirib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatından deyiblər ki, partiyanın yay tətili ilə bağlı xüsusi proqramları yoxdur.

Ümid Partiyasından isə bildiriblər ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Partiya da bu seçkilərə hazırlaşır.

Demokratik İslahatlar Partiyası da məzuniyyətə getməyəcək.

AXCP-də də başqa aylarda olduğu kimi yay aylarında da eyni qrafiklə işləyəcəklər.

Azərbaycan Demokrat Partiyası isə bir aylıq məzuniyyətə çıxmaq barədə qərar qəbul edib.

AZƏRBAYCANDA GƏNCLƏR DÖVLƏTİN DİQQƏT VƏ QAYĞISI İLƏ ƏHATƏ OLUNUB

«Yeni Azərbaycan» qəzeti «ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı «Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq olunması haqqında» və 2006-cı il aprelin 17-də imzaladığı «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)», 2011-ci il iyulun 7-də imzaladığı «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının təsdiq olunması haqqında» sərəncamlar mövcud siyasətin daha da inkişaf etdirilməsinə təkan verərək gənclərin istedadının aşkara çıxarılmasında, ictimai fəallığının artırılmasında, onların dövlət idarəçiliyinə cəlb olunmasında, sosial-iqtisadi problemlərinin həllində mühüm rol oynayıb».

RUSİYA AZƏRBAYCANIN SİFARİŞ ETDİYİ HELİKOPTERLƏRİ 2015-Cİ İLİN SONUNA QƏDƏR ÇATDIRACAQ

Bu haqda APA agentliyinə «Rusiya Helikopterləri» şirkətindən məlumat verilib.

Şirkət «Rosoboroneksport» Dövlət Konserni xətti ilə helikopterlərin çatdırılmasını qrafik üzrə həyata keçirir. Bu günədək sifariş verilmiş 24 ədəd Mi-35M tipli döyüş helikopterinin hamısı və paralel olaraq Mi-17 helikopterlərinin bir qismi Azərbaycana təhvil verilib.

«Hazırda Mi-17 helikopterlərinin çatdırılması prosesi davam etdirilir. Bu helikopterlər üzrə müqavilə gələn il yekunlaşacaq», - deyə məlumatda bildirilir.

2010-cu ildə Azərbaycanla Rusiya arasında 24 ədəd Mi-35M və 40 ədəd Mi-8, Mi-17 və Mi-17V1 helikopterinin alqı-satqısına dair müqavilə bağlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG