Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:11

Keçən həftə İraq və Suriyada xilafət elan edən İraq Şam İslam Dövləti (İŞİD), yeni adıyla İslam Dövlətinin lideri Abubakir al Bagdadiyə aid olduğu iddia edilən videogörüntü yayımlanıb.

Özünü xəlifət elan edəndən sonra ilk dəfə görünən Bagdadi internetdə yayılan, təxminən 21 dəqiqəlik videoda bütün müsəlmanlardan ona biət etmələrini istəyir.
Görüntülərin Mosuldakı məscidlərin birində cümə xütbəsi zamanı çəkildiyi bildirilir. Bagdadi bu günə qədər üzünü gizlədirdi.

Bagdadinin Amerika Federal Təhqiqat Bürosunda və İraq Daxili İşlər Nazirliyində iki fotoşəkli var. Bagdadi ABŞ-ın ən çox axtardığı beş nəfərdən biridir. Başına 10 milyon dollar mükafat qoyulub.

Ancaq videodakının doğurdan da Bagdadi olub-olmadığı dəqiq bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG