Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:58

Gürcüstanda vizasız gediş-gəliş


Tbilisidə DİN-nin binası qarşısında Gürcüstan və AB bayraqları
Tbilisidə DİN-nin binası qarşısında Gürcüstan və AB bayraqları

-

Nino Xaradze

Gözlə

No media source currently available

0:00 0:04:55 0:00
Direct-ə keçid

Vizasız gediş-gəliş Şərq tərəfdaşlığı siyasətinin ən mühüm istiqamətlərindən biridir. Gürcüstan XİN-nin müavini Tamar Beruchashvili belə deyir. Nazir müavini qeyd edir ki, saziş iqtisadi əlaqələrlə yanaşı, həm də turist axınını, tələbələrin xaricdə təhsil imkanlarını artırır. Bu məqam Gürcüstanla AB arasında ən mühüm siyasi şərtlərdən sayılır.

Tamar Beruchashvili-nin sözlərinə görə, Gürcüstanın fəaliyyət planı var. Plana əsasən artıq 2015-ci ilin mayında – Riqa Sammitindən sonra – Gürcüstan vətəndaşları «Şengen» ölkələrinə vizasız getmək imkanı qazanacaqlar:

Tamar Beruchashvili
Tamar Beruchashvili

«Biz iddialıyıq, ümid edirik ki, gələn ilin mayında keçiriləcək Riqa Sammitindən sonra planımız uğurla başa çatacaq. Prosedur qaydalarına əsasən, Avropa Komissiyasının müvafiq xidmətlərinin müsbət rəyini alandan sonra, Avropa Şurası, daha sonra Avropa Parlamenti tərəfindən Gürcüstan vətəndaşlarına viza şərtinin tətbiqi qaldırılacaq».

GÜRCÜSTAN 45 QANUNA, 30-A YAXIN AKTA DƏYİŞİKLİK EDİB

Ötən ilin fevralında Gürcüstan hökumətinə viza rejiminin liberallaşdırılması üçün fəaliyyət planı təqdim olunub. Bu əməkdaşlıq iki mərhələyə bölünür: qanunverici və icraedici. Tamar Beruchashvili deyir ki, qanunverici mərhələ artıq uğurla yekunlaşıb. Bu mərhələnin uğurlu olması və AB tələblərinə maksimum uyması üçün Gürcüstan 45 qanuna, 30-a yaxın qanunverici akta dəyişiklik edib, 8 strategiya qəbul edib və 7 yeni beynəlxalq konvensiyaya qoşulub.

İyunun 30-da İsveç xarici işlər naziri Carl Bildt-in Gürcüstana səfəri zamanı bu ölkənin XİN Maya Panjikidze birinci mərhələnin uğurla yekunlaşdığını deyib:

«Biz birinci – qanunverici mərhələni yekunlaşdırmışıq, sentyabrda isə icraedici mərhələyə keçirik. Bu, avropalı həmkarlarımızın köməyi ilə Gürcüstanda bir sıra texniki detalların tənzimlənməsi deməkdir. Bu sazişə nail olunca, istənilən Gürcüstan pasportunun sahibi Avropaya yollana bilər. İlk mərhələdə xaricdə qalma müddəti məhdud olsa da, gələcəkdə artırıla bilər».

Qeyd etmək lazımdır ki, Avropa Birliyi ilə viza rejiminin liberallaşdırılması işğal olunmuş ərazilərdə yaşayan Gürcüstan vətəndaşlarına da şamil olunacaq, yeganə şərt isə Gürcüstanın biometrik pasportunu almalarıdır.

ƏCNƏBİLƏRƏ QARŞI LİBERAL SİYASƏT YÜRÜDÜLÜR

Kakha Gogolashvili
Kakha Gogolashvili

Hazırda 70-ə yaxın ölkənin vətəndaşı Gürcüstana vizasız gələ bilir, Gürcüstan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı isə daha azdır. Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Kakha Gogolashvili bildirir ki, ölkələr arasında viza siyasəti strateji əməkdaşlıq və bu ölkələrdən qaynaqlanan risklərlə şərtlənir. Onun sözlərinə görə, Gürcüstan bir neçə ildir ölkəyə gəlmək istəyən əcnəbilərə qarşı ultra-liberal siyasət yürüdüb.

«Gürcüstanda ultra-liberal baxışlar bir tərəfdən birtərəfli qaydada viza rejiminin sadələşdirilməsinə səbəb oldu, az qala istənilən ölkənin vətəndaşı ölkəmizə arzuladığı vaxt gələ bilir. Digər tərəfdənsə malların ölkəyə gətirilməsi qaydaları sadələşib. Ancaq birqayda olaraq, dünyada belə olmur. Bu cür siyasətin təhlükəli aqibəti ola bilər, üstəlik fiskal təsiri də var: vizaya görə müəyyən yığımlar olur, bizdə isə hesab edirdilər ki, əgər adam ölkəyə gəlibsə, deməli pul xərcləyir və ya nə iləsə məşğul olur. Bu isə iqtisadiyyatın canlanması stimulu kimi dəyərləndirilirdi. Digər tərəfdənsə, müəyyən təhlükəli və riskli məqamlar var, məsələn miqrantların demək olar ki, qeydiyyatı aparılmırdı».

AB GÜRCÜSTAN VƏTƏNDAŞLARININ VİZASIZ HƏRƏKƏTLƏRİNDƏN NARAHAT DEYİL

Son zamanlar Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edən ölkələrdən biri İsraildir. Gürcüstan vətəndaşları bu ölkəyə daxil olan zaman viza ala bilərlər. XİN-nin müavini Tamar Beruсhashvili vizasız rejimin Gürcüstanın marağında olduğunu qeyd edir. Üstəlik, maneəsiz hərəkət imkanının insan haqları olduğunu deyir.

Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Kakha Gogolashvili isə hesab edir ki, vizasız gediş-gəliş norma deyil. Dünya təhlükəsiz olduqca sərhədlər açılır. Gogolashvili Gürcüstan vətəndaşlarına sərhədlərini açmaq istəyən Avropa Birliyinin maraqlarından da danışır. O hesab edir ki, bu, Gürcüstanı AB-nin nəzarəti altında saxlamaq üçün yaxşı stimuldur.

«Demokratikləşmə və bazar islahatları və avropalaşma ilə bağlı yollar...bunların hamısı bizim bu yoldan çıxmamağımız üçündür. Belə fikir yarana bilər ki, bizə bu cür Avropa Birliyi maraqlı deyil, Rusiya ilə olmaq istəyirik. Bütün bu stimulların məqsədi var. Bütövlükdə isə Avropa Birliyi Gürcüstan vətəndaşlarının birlik ərazisində vizasız və azad hərəkətindən narahat deyil».

XS
SM
MD
LG