Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:50

Azərbaycanın aşağı orbitli peykinin tikintisi üzrə tenderin tamamlanması müddəti bir neçə ay uzadılıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu, onunla bağlıdır ki, layihə mürəkkəbdir və dəqiq yanaşma tələb edir, çünki söhbət yüksək keyfiyyətli peykdən gedir.

Abbasov bildirib: «Güman edirəm ki, tender sentyabrda başa çatacaq».

Azərbaycanın aşağı orbitli peykinin buraxılışı 2017-ci ilə planlaşdırılıb. Peykin tikintisinə 30 ay vaxt ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG