Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06

Xeber44.com-un redaktorunun kasasiya şikayəti təmin edilməyib


-

Ali Məhkəmə xeber44.com nəşrinin redaktoru Araz Quliyevin kasasiya şikayətini təmin etməyib. Araz Quliyev həbsdə qalıb.

Araz Quliyev və daha 7 şəxs 2012-ci ilin sentyabrında Masallıda diskotekada həbs edilmişdilər. Redaktor CM-in 228.1 (odlu silah daşımaq, saxlamaq və nəql etmək), 233 (ictimai asayişi pozan əməllərin təşkili və onlarda iştirak), 238.1 (milli və dini ayrı-seçkilik salma), 315.2 (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək), 324-cü (Azərbaycan bayrağına və gerbinə qarşı təhqiredici hərəkət) maddələri ilə təqsirli bilinib.

O, 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Digər təqsirləndirilən şəxslər də 3 ildən 8 ilədək həbs cəzası alıb.

Sonradan Şirvan Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Redaktor saxta ittihamla həbs edildiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG