Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:10

Samirə şəhərindəki partlayışda 15 nəfər ölüb


İraqda könüllülər
İraqda könüllülər

-

Bağdaddan şimalında Samirə şəhərində baş verən partlayış nəticəsində 15 nəfər ölüb, 25 nəfər yaralanıb.

Partlayışı intiharçı törədib.

İyulun 4-də İraq ordusu silahlıların nəzarətində olan Tikrit şəhərini azad edib. Elə həmin gün Hindistandan olan və silahlıların əsir götürdüyü 46 tibb bacısı da azad edilib.

Bu arada İraqın baş naziri, şiə siyasətçi Nuri al-Maliki bildirib ki, üçüncü müddətə baş nazir vəzifəsi uğrunda mübarizədən imtina etməyəcək. Maliki bu bəyanatını iyulun 4-də parlamentin iclasında səsləndirib. Həmin iclasda deputatlar yenə də spikeri seçə bilməyiblər.

İraq Şam İslam Dövləti (İŞİD) silahlıları isə ölkənin şimalında və qərbindəki beş vilayətin böyük bir hissəsini ələ keçiriblər.

XS
SM
MD
LG