Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:31

Nursultan Nazarbayev: «Sən belə yarınmağı haradan öyrənmisən?»


Nursultan Nazarbayev «Astana EXPO-2017» kompleksinin tikintisi ilə maraqlanır
Nursultan Nazarbayev «Astana EXPO-2017» kompleksinin tikintisi ilə maraqlanır

-

İyulun 3-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev «Astana EXPO-2017» kompleksinin tikintisi ilə maraqlanmaq üçün əraziyə baş çəkib. Həmin vaxt «Astana motors» şirkətinin prezidenti Nurlan Smagulov bu ərazidə tikiləcək ikimərtəbəli ticarət mərkəzinin maketini prezidentə təqdim edib.

Yeni ticarət mərkəzinin «MeqaPlaza» adlandırılması Qazaxıstan prezidentinin xoşuna gəlməyib. O, kompleksin mümkün başqa adlarıyla da maraqlanıb. [Video]

Sahibkar prezidentə belə cavab verib:

«Bizdə başqa variant var. İcazə versəniz, sizin xeyir-duanızla kompleksi «NurPlaza» adlandırardıq».

Nazarbayev onun bu sözlərinə başını yelləyib və gülərək:

«O məqsədlə demirdim. Sən belə yarınmağı haradan öyrənmisən?» – deyib.

Məmur və sahibkarların əhatəsində olan Nurlan Smagulov söhbəti zarafata salıb:

«Həyat öyrədib. Bu, yaxşı addır, burda Nurlan çoxdur».

Sahibkarla prezidentin bu söhbəti sosial şəbəkələrdə ciddi müzakirə doğurub.

«Nur-Mubarak» Universitetinin həyətində məscid
«Nur-Mubarak» Universitetinin həyətində məscid

Facebook istifadəçisi Asset Asset yazır:

«Nurlan Smagulov başqa cür necə cavab verə bilərdi ki? Nursultan Nazarbayev insanları təlxəyə çevirib».

Qazaxıstanda bir çox ictimai-siyasi, sosial və biznes obyektlərinin adlarının birinci hecası «nur»la başlayır. Beləcə, ölkə prezidentinin adı da yada düşür.

Nursultan Nazarbayev-in təşəbbüsü ilə yaradılan «Otan» Partiyasının adı 2006-cı ildə dəyişdirilərək «Nur Otan»a çevrilib. 2008-ci ildə bir neçə KİV-i özündə birləşdirən «Nur Media» holdinqi yaradılıb. «Nur Otan» Partiyası 2010-cu ildə media üçün «Nur Sunkar» mükafatı təsis edib.

Qazaxıstanın ən iri banklarından biri «Nurbank» adlanır. Astana şəhərində «Nur Astana» adlı restoran var. Ölkədə adında «nur» sözü olan məscid və yaşayış kompleksləri də az deyil. Almatıdakı Misir İslam Universiteti də «Nur-Mubarak» adlanıb. 2011-ci ildə Misir prezidenti Hosni Mubarak devriləndən sonra «Mubarak» sözü institutun adından götürülüb.

Hazırda Aktobe şəhərinin yaxınlığında tikilən yaşayış kompleksi də «Nur Aktobe» adlanır. Müstəqil siyasətçi və ekspertlər Qazaxıstandakı mövcud vəziyyəti avtoritar rejimə xas bir tendensiya sayırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG