Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:48

-
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus təkrar Baş Prokurorluğa çağırılıb.

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisinin özü məlumat verib. Leyla Yunusun dediyinə görə, onu prokurorluğa dəvət edən müstəntiq telefonda kobud danışıb:

«İyunun 14-də müstəntiq İbrahim Ləmbəranski zəng edib mənim 7 iyunda ifadə vermək üçün prokurorluğa gəlməli olduğumu dedi. Mən isə cavab verdim ki, sənədlərimiz qaytarılmasa, ifadə verməyəcəyəm. Aprelin 28-dən bizim pasportlar və evin sənədləri qanunsuz olaraq götürülüb. Həmin sənədlər iki aydan artıqdır ki, qanunsuz saxlanılır. Mən sənədlərin bu gün qaytarılmasını istədim. Ləmbəranski sənədləri qaytarmaqdan imtina etdi və kobud şəkildə bildirdi ki, bazar ertəsi prokurorluğa gəlməliyəm».

Leyla Yunus güman edir ki, prokurorluğa onun saxta ittihamlarla həbs olunması tapşırığı verilib:

«Polis, prokurorluq və MTN əməkdaşlarının bizim evə qanunsuz hücumu gözlənilir. Prokurorluq qanunu pozmaqda davam edir. Xahiş edirəm hər kəs mənimlə bağlı baş verənləri diqqətdə saxlasın».

Aprelin 28-i gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus Bakı aeroportundan Qətərin paytaxtı Doha şəhərinə yola düşərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG