Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:22

Rasim Balayevə «embarqo» qoyulub? - Nazirdən açıqlama


Rasim Balayev Nəsimi rolunda

Rasim Balayev Nəsimi rolunda

-

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq artisti Rasim Balayev və rejissor Rövşən Almuradlının nazirliklə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

APA-nın sualına cavabında nazir qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi heç kimin fəaliyyətinə embarqo qoymayıb:

“Nazirlikdə bu məsələlərlə bağlı heç kimə qadağa ola bilməz. Teatrlar fəaliyyətini, tamaşalarını özləri müəyyənləşdirir. Teatrların müəyyənləşdirdiyi proqramların ən yaxşıları dövlət tərəfindən maliyyələşdirilir.

Yerdə qalan layihələr teatrların daxili imkanları hesabına səhnələşdirilir. Hansı rejissora hansı tamaşanın verilməsi Bədii Şuranın işidir.

Mən teatra deyə bilmərəm ki, sən filan rejissora tamaşa ver, başqa rejissora vermə.

Rövşən Almuradlı

Rövşən Almuradlı

Siz elə bilirsiniz ki, nazirliyə yalnız bu iki adamın müraciəti daxil olur? Yüzlərlə insan təkliflər irəli sürür, müraciət edir.

Biz heç bir aktyorun və rejissorun fəaliyyətinə embarqo qoymamışıq.

Müraciətlərdə kimsə müsbət, kimsə mənfi cavab alır. Burda hansısa təzyiqdən və ədalətsizlikdən söhbət gedə bilməz”.

Nazir əlavə edib ki, Rövşən Almuradlı onun qəbulunda olub: “Biz Rövşən Almuradlı ilə görüşdük, fikir mübadiləsi apardıq. Sözsüz ki, bu fikir mübadiləsinin nəticəsi olacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG