Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

Şaxta babanın “qaradərili” dostuna qadağa


Şaxta baba (Sinterklaas) və Qara Pit (Zwarte Piet)

Şaxta baba (Sinterklaas) və Qara Pit (Zwarte Piet)

-

Amsterdam Məhkəməsi Milad şənliklərində Şaxta babanı müşayiət edən, onunla birlikdə uşaqlara hədiyyə paylayan Qara Pit (Zwarte Piet) obrazını qadağan edib.

Məhkəmə hesab edib ki, Qara Pit obrazı qaradərili insanlar barədə qədimdə mövcud olmuş önyarğıları davam etdirir.

Qara Pit mənfi obraz olmasa da, şənliklərdə gecqanan, maymaq kimi canlandırılır.

Həm Hollandiyada, həm də ölkədən kənarda insan haqları fəalları Qara Pitin yasaqlanması üçün çoxdandı mübarizə aparırdılar.

Bu məsələ milli kimlik problemi yaşayan hollandlar arasında mübahisə yaratmışdı.

Facebook-da Qara Pitin qadağan edilməsi üçün kampaniya aparanların səhifəsini 15 minə yaxın insan bəyənsə də, buna qarşı çıxanların səhifəsini 2 milyon insan “like” etmişdi.

Bir çoxları Qara Pit xarakterində utanc gətirən bir şeyin olmadığını, onun uşaqlara sevinc gətirdiyini deyirdi.

Al Jazeera-yə istinadla Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG