Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:21

-

Dövlət Musiqili Teatrının saytında yenilənmə başlayıb.

Teatrın Mətbuat Xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, bir neçə ay öncə www.statemusicaltheatre.az ünvanında istifadəyə verilən sayt yeni mövsümdən etibarən daha maraqlı və zəngin tərtibatda teatrsevərlərin ixtiyarına veriləcək.

Teatrın direktoru Əliqismət Lalayev mətbuat xidmətinə əsas yeniliklərin saytın vizual və texniki sahəsini əhatə edəcəyini bildirib:

«Sayt bütün mobil qurğulara adaptasiya olunacaq. Məsələn, istənilən formatlı ekranda rahat və tam şəkildə açılacaq. Android proqramının sayəsində teatrın son yeniliklərilə tanışlıq imkanı qazanılacaq. Tətbiq olunacaq Naviqasiya menyusu da sayt üzrə axtarış sistemini asanlaşdıracaq. Bütün bunlar ölkə teatrları arasında ilk dəfə məhz Musiqili Teatrın saytında öz əksini tapacaq».

Xəbərdə vurğulanır ki, repertuar bölümü sadəcə həftəlik elanla məhdudlaşdırılmayacaq, gündəlik elektron anonslar da tamaşaçıların diqqətinə çatdırılacaq.

Repertuar sahəsində olan digər yenilik teatrın həm repertuarında gedən, həm də artıq tarix olmuş tamaşaların, müxtəlif audio və foto məlumatların saytın Multimedia bölməsində yer almasıdır.

İki ay öncə seyrçiləri Musiqili Teatra cəlb etmək, onları teatr sənətində gedən yeniliklərlə tanış etmək üçün toplu sms xidməti aktivləşdirilmişdi. Teatr sahəsində gerçəkləşmiş bu ilk təşəbbüs də məhz Musiqili Teatrın adına yazılıb.

Teatrın direktoru həyatını teatra həsr edən əməkdaşların da diqqətdən kənarda qalmayacağını bildirib:

«İstər yaradıcı, istərsə də texniki heyətin doğum və digər əhəmiyyətli günləri avtomatik təbriklərlə ürəkləri sevindirəcək».

Dövlət Musiqili Teatrın internet saytının təqdimat mərasimi sentyabrda--105-ci mövsümün əvvəlində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG