Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:12

Bakıda mədəniyyətin internetdə təbliği müzakirə olunur


Konfrans iyulun 5-də başa çatacaq.
Konfrans iyulun 5-də başa çatacaq.

-

İyulun 4-də Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində «Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı» öz işinə başlayıb.

Avropa Şurasının II Baş Direktorluğunun mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunan konfransın devizi «Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması»dır.

Tədbirə Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət, mədəni institutlarının və peşəkar birliklərinin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçı qatılıb.
Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru Claudia Luciani-nin rəhbərliyi ilə nümayəndə heyəti də konfransda iştirak edir.

Sessiyalarla işini davam etdirən konfrans iyulun 5-də başa çatacaq.

XS
SM
MD
LG