Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:44

Keçmiş qəzet redaktoru mobil telefonlara qulaq asdığına görə 18 ay həbs cəzası alıb


Britaniyanın baş naziri David Cameronun keçmiş media rəhbəri Andy Coulson 18 ay həbsə məhkum olunub.

O, redaktoru olduğu qəzetin jurnalistlərinin tanınmış şəxslərin mobil telefonlarına qulaq asmasında günahkar bilinib.

“News of the world” qəzetinin jurnalistləri mobil telefonların səsli mesajlarına qulaq asırlarmış.

Qəzetin digər redaktoru Brooks isə bəraət alıb.

Ümumilikdə 5500 məşhurun telefonlarına qulaq asılıb. Bunlar arsında şahzadələr Harry və William, James Bond rolunu oynayan aktyor Daniel Craig, modellər Kate Moss və Elle Macpherson və İngiltərə futbol yığmasının keçmiş baş məşqçisi Sven-Goran Eriksson da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG