Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:50

Yaşayış binasının zirzəmisində tank əleyhinə mərmi tapılıb


-

Gəncə şəhərində yaşayış binasının zirzəmisində tank əleyhinə mərmi tapılıb.

Kəpəz rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, binada mərminin olması ilə bağlı onlara şəhər sakini Rafiq Həbibov müraciət edib. O bildirib ki, yaşadığı 38 saylı hərbi şəhərcikdə, 397 saylı binanın zirzəmisində su nasosunu təmir edərkən 1 ədəd mərmi tapıb

Verilən məlumata görə, əməliyyat-axtarış qrupu hadisə yerinə gedib və yararsız vəziyyətdə atılmış mərmini götürərək Kəpəz rayon Polis İdarəsinə aparıb.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG