Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:03

«Naxçıvan polisi əmin-amanlığın keşiyindədir...»


Arxiv foto
Arxiv foto

-

Şərq qapısı 02.07.2014

Naxçıvan polisi sabitliyin və əmin-amanlığın keşiyindədir

Bu gün muxtar respublikamızda xüsusi diqqət və qayğı ilə əhatə olunan polis cinayətlərin, inzibati xətaların və digər hüquq pozuntularının baş vermədən qarşısının alınması istiqamətində uğurla mübarizə aparır. Hər bir polis əməkdaşının ən müasir texniki avadanlıqlardan, informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməsi cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında operativliyi artırmışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinin və elektron poçtunun fəaliyyət göstərməsi isə xidmətin səmərəli təşkilinə, eləcə də vətəndaşların müraciətlərinin vaxtlı-vaxtında həllinə şərait yaratmışdır.

Hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin bütün polis idarə və şöbələrində polis sahə məntəqələri fəaliyyət göstərir. Bununla yanaşı, muxtar respublikanın şəhər, rayon və kəndlərində, eləcə də ümumtəhsil məktəblərində mütəmadi olaraq görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır.

…Əgər cinayətkarlığın aşağı düşməsinin bir səbəbi daxili işlər orqanlarına göstərilən diqqət və qayğıdırsa, digər səbəbi də muxtar respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafıdır. Daxili işlər orqanlarının əməkdaşları bundan sonra da göstərilən etimadı doğruldacaq, dövlətçiliyin qorunmasında, asayişin təmin edilməsində bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

XS
SM
MD
LG