Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:30

“Adı var ki, vətəndaşların dərdini dinləyirlər. Dinləyən olsaydılar, məni qapıdan qovmazdılar”.

Şəki sakini Rəhimə Novruzəliyeva AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib. Deməsinə görə, iyunun 25-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəkidə vətəndaşların qəbulunu keçirərkən onu görüş keçirilən məkandan qovublar:

"EŞİDƏNDƏ Kİ, NAZİR ŞƏKİDƏDİR..."

“İmkansızlıq üzündən normal müalicə ala bilmədiyimə görə 2 ildir ki, ölkə başçısına şikayət məktubları yollayıram. Ancaq birinə də cavab almamışam. Eşidəndə nazir Şəkidədir, qaça-qaça getdim. Kömək istəyəcəkdim. Xahiş edəcəkdim ki, mənə xəstəxanalardan birinə müalicə olunmağım üçün kömək etsin. Xəstəxanalar pulludur, mənsə imkansız”.

Şikayətçinin sözlərinə görə, nazirlə görüşə gələnlər arasında təkcə o yox, başqa vətəndaşlar da narazı qalıb:

“Bəlkə qapısına 200 nəfər adam yığışmışdı. Onlardan heç 30 nəfərini qəbul etmədi. Saatlarla ayaq üstə gözləyən adamlara çıxıb dedilər ki, qəbul başa çatıb, dağılışın. Sonra da polislər gəldi, adamları binanın qarşsıından uzaqlaşdırdılar”.

Rəhimə Novruzəliyeva yazır ki, prezident İlham Əliyevə də müraciət edib:

“Prezidentə yazmışam ki, məmurlara verdiyi tapşırığı candərdi yerinə yetirməklə gözə kül üfürürlər. Ondan bu məsələni nəzarətə götürməsini xahiş etmişəm”.

“HEÇ KƏS KƏNARDA QALMAYIB”

Şəki rayon Sosial Müdafiə Mərkəzindən bildiriblər ki, iyunun 25-də nazir Səlim Müslümovun Mərkəzinin inzibati binasında keçirilən qəbulunda Şəki ilə yanaşı, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından gələn sakinlərin müraciətləri dinlənilib.

Müraciətlər əsasən, mənzil və minik avtomobilləri, müxtəlif növ reabilitasiya vasitələri ilə təminat, əlilliyi olan şəxslərin məşğulluğu, onların peşə hazırlığına cəlb edilməsi ilə bağlı olub. Bəzi müraciətlərə elə yerindəcə baxılıb. 3 nəfər əlilliyi olan şəxsə əlil arabası təqdim olunub. Eləcə də, işlə bağlı müraciətlərə qısa vaxt ərzində baxılması, ehtiyac duyulduqda həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına müvafiq görtərişlər verilib.

Mərkəzdən onu da bildiriblər ki, Rəhimə Novruzəliyevanın nazirlə görüşə bilməməsinin səbəblərini araşdıracaqlar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG