Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

Rüşvət verməyəndə...


Arxiv fotosu
Arxiv fotosu

“Gətirdiyim yükə görə məndən əlavə pul tələb olunurdu. Mən də pul verməkdən imtina etdim. Aramızda mübahisə düşdü. Mənimlə çox kobud davrandılar. Axırda da pasportumu əlimdən alıb cırdılar”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə İrandan Azərbaycana qayıdan Qızqayıt Aslanova danışır. Onun sözlərinə görə, özünü gömrük işçisi kimi qələmə verən və Elşən adıyla təqdim edən şəxs ondan resumdan əlavə pul tələb edib:

"NƏ SƏNƏDİ VAR, NƏ YİYƏSİ"

“Soruşursan a bala kimsən, adın nədir, vəzifən nədir, bir sənədini göstər görüm, bəlkə elə xuliqansan, dələduzsan. Deyir, elə sənəd də özüməm. Mən o adamın kim olduğunu bilmirəm. Özünü Elşən adıyla təqdim etdi, dedi gömrük işçisidir, ancaq sənəd təqdim etmədi. Məndən gətirdiyim mallara görə əlavə pul istədi. Dedim, rüsumu nədir, ancaq onu ödəyə bilərəm. Mallarımı töküb-töküşdürdü, pasportumu da cırdı”.

Qızqayıt Aslanovanın sözlərinə görə, həmin şəxs ondan yükə görə 60 manat pul tələb edib:

“Hansı ki, mən həmin yükün ümimi çəkisinə görə İran tərəfində cəmi 64 manat pul xərcləmişdim. Yəni 64 manatlıq yükə görə 60 manat rüşvət istəyirdi”.

"64 MANATLIQ YÜKƏ GÖRƏ 60 MANAT İSTƏYİRDİ"

Şikayətçi bildirib ki, özünü Elşən adıyla və gömrük işçisi kimi təqdim edən şəxs yüklərin sərəhəddən keçməsinə imkan verməyib:

“Mən İraan tez-tez gedirəm. Gündəlik tələbat malları ucuz olduğuna görə bazarlığımı oradan edirəm. 64 manatlıq yük də elə gündəlik tələbat mallarından ibarət idi”.

Biləsuvar gömrük idarəsindən “Qaynar xətt”ə Elşən adlı işçinin çalışmadığını bildiriblər və faktla bağlı araşdırma aparacaqları deyiblər.

XS
SM
MD
LG