Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:02

-

Ukrayna hərbçiləri iyulun 4-də Slavyansk yaxınlığındakı Nikolayevka kəndinə gedən yolları tam kəsiblər. Cümə axşamı burada separatçılarla döyüş olub.

Aviasiya və artilleriya zərbələri ilə Nikolayevka və qonşu Semyonovkada yaraqlıların altı əsas məntəqəsi və silah-sursat anbarı məhv edilib.

Ukrayna hərbçiləri Slavyansk yaxınlığında kəndə girişi tutublar

«Xarkov-Rostov» yolunun bir hissəsi nəzarət altına alınıb. Məlumatı şərqi Ukrayna ərazisində anti-terror əməliyyatlarının Alexey Dmitrashkovsky mətbuat xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, iki əsgər həlak olub və dörd əsgər yaralanıb. Separatçıların arasında itkilər 150 nəfərə yaxındır. Məlumat müstəqil mənbələrdən təsdiqlənməyib.

Luqanskda yaraqlılar Ukrayna desantçılarının qoruduğu aeroportu minomyotdan atəşə tutublar. Onların mövqelərinə 25 mina atılıb, UNİAN xəbər verir. Öncə verilən məlumata görə, separatçılar hərbçilərə ərzaq aparan təyyarəni vurmağa cəhd ediblər. Aeroportun bütün girişləri minalanıb.

Aprelin 15-dən Luqansk və Donetskdə anti-terror əməliyyatı zamanı 197 əsgər həlak olub, 655 əsgər yaralanıb. Məlumatı dünən Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin təmsilçisi Andrei Lysenko açıqlayıb.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ

XS
SM
MD
LG