Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:40

ABŞ vahid İraqın əhəmiyyətini vurğulayır


İraqda kürdlər, 26 iyun 2014
İraqda kürdlər, 26 iyun 2014

-

Birləşmiş Ştatlar vahid İraqı dəstəklədiyini bəyan edib. Öncə İraqın kürd regionunun lideri Masoud Barzani iyulun 3-də müstəqillik referendumuna çağırıb, deputatlardan xahiş edib ki, referendumun təşkili, tarixin müəyyənləşdirilməsi üçün komitə formalaşdırsın.

Bir müddətdir İraqda İraq və Şam İslam Dövlət (İŞİD) adlı sünni silahlı qruplaşma hücuma keçib, şimalda böyük əraziləri ələ keçirib.

Ağ evin sözçüsü Josh Earnest deyib ki, Vaşinqton «birləşmiş İraqın daha güclü olduğuna» inanır. Ağ ev onu da bildirib ki, vitse-prezident Joe Biden Barzani-nin qərargah rəhbəri Fuad Hussein ilə iyulun 3-də Ağ evdə görüşüb.

Məlumatda deyilir ki, Biden İraqda bütün tərəflərin iştirakıyla hökumət formalaşmasının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG