Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:48

3 yol polisi əməkdaşı öldürülüb


İyulun 3-də Ukraynanın Donetsk şəhərində Yol polisi əməkdaşlarına silahlı hücum olub. AzadlıqRadiosu xəbər verir ki, bir neçə maskalı şəxs Artemovsk küçəsində patrul xidmətində olan polis əməkdaşlarına avtomat silahlardan atəş açaraq hadisə yerindən uzaqlaşıb.

Daxili işlər idarəsi bildirir ki, hücum nəticəsindən 3 polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Cinayətin səbəbləri və detalları haqda əlavə məlumat verilmir.

Rusiyameylli yaraqlıların nəzarətində olan Donetsk şəhərində paralel olaraq inzibati strukturlar da öz işlərini davam etdirməyə çalışır. Lakin bir-biri ilə ziddiyətləri olan müxtəlif silahlı qruplaşmalarının cəmləşdiyi Donetskdə son vaxtlar qətl, qarətlərin və digər ağır cinayətlərin sayı artıb.



XS
SM
MD
LG