Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:23

Elsevər Mürsəllinin cəzası 2 ilə endirilib


-

İyulun 3-də Sumqayıt Apellyasiya Məhkəməsində gənc fəal Elsevər Mürsəllinin işi üzrə proses yekunlaşıb.

Vəkil Xalid Bağırovun AzadlıqRadiosuna bildirdiyinə görə, apellyasiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin Elsevər Mürsəlli ilə bağlı çıxardığı 5 il azadlıqdan məhrum etmə cəzasını 2 ilə endirib.

Xalid Bağırovun dediyinə görə, Elsevər Mürsəlli onun vəkil xidmətindən imtina edib.

Elsevər Mürsəlli keçən il həbs olunub. O, külli miqdarda narkotik saxlamaqda ittihamı olunur.

Yaxınları onun keçənilki prezident seçkisində sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlini dəstəklədiyinə görə həbs edildiyini bildirir.

İyunun 23-də Elsevər Mürsəlli peşmançılıq müraciəti yayaraq prezidentdən əfv istəmişdi.

XS
SM
MD
LG