Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Gürcüstan parlamentinin spikeri Azərbaycana gələcək


Gürcüstan parlamentinin spikeri David Usupashvili-nin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, səfər iyulun 7-dən başlayacaq.

İki gün davam edəcək səfər çərçivəsində D. Usupashvili-nin Azərbaycanın bir sıra rəsmiləri ilə, o cümlədən Milli Məclisdə görüşü nəzərdə tutulur.

Nümayəndə heyətinin bir sıra tədbirlərə qatılması da gözlənilir.

XS
SM
MD
LG