Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:14

Rusiya qazı. Moskvanın Avropadakı caynağı


.

AzadlıqRadiosunun xəbər xidmətinin yeni araşdırmasına görə Rusiya təbii qazı Mərkəzi və Şərqi Avropanın kasıb dövlətlərinə daha baha satır. Avropanın qərbindəki zəngin ölkələrə isə bəzən ikiqat ucuza qaz verir.

Məsələn, Almaniya qazın 1000 m3-inə 400 ABŞ dollarından da az, Polşa və Çex Respublikası isə 500 dollardan çox ödəyir.

Oksfrod İnstitunun Enerji Araşdırmaları üzrə eksperti James Henderson bu fərqi belə izah edir ki, Qazprom işlədiyi ölkələrdə başqa qaz təchizatçılarının olub-olmamasını öyrənir, buna görə həmin ölkəyə qiymət təklif edir:

“Qazprom monopolist kimi davranır. Hansı ölkədə ki, ondan başqa qaz təchizatçısı yoxdursa, orada qiymətlərini diqtə edir”.

Avropanın ən kasıb 5 ölkəsindən yalnız Moldova təbii qazı Qazpromdan orta qiymətindən aşağı ödəyir. Makedniya isə hamıdan baha - 1000 m3-i 564 dollara alır. Halbuki Beynəlxalq Vlayuta Fondunun hesabatına görə Makedniya Avropanın 5-ci ən kasıb ölkəsidir.

Bu ilin martında Rusiyanın Ukraynada Krım yarımadasını ilhaq etməsi, ardınca da Ukraynanın şərqindəki qarşıdurmada Rusiyanın separatçıları dəstəkləməsi barədə xəbərlər ABŞ və Avropa Birliyi Moskvaya qarşı sanskiyalarına səbəb oldu.

​Amma Rusiya qazına daha az pul ödəyən Almaniya, Avstriya və Fransa Moskvaya qarşı daha ciddi sanksiyalara müqavimət göstərməkdə ittiham olunur.Orta aylıq əməkhaqqının Almaniyadan 5 dəfə aşağı olduğu Bosniya-Hersoqovina isə Rusiya qazının min m3 515 dollar verir.

Almaniya keçən il Qazpromdan 40 milyard kub metr qaz alıb. Bu ilin yazında Ukrayna böhranı zamanı Almaniyanın sənayeçiləri hökuməti sıxışdırdılar ki, Rusiyaya qarşı sərt sanksiyalara imkan verməsin.

Fransa Rusiyaya milyardlarla dollarlıq hərbi gəmi satmaq layihəsindən imtina etmədi. Qazproma qazın min m3-ə 397 dollar ödəyən Avstriya isə iyun ayında Ukraynadan yan keçən qaz kəmərinin tikintisi ilə bağlı Rusiya ilə müqavilə imzaladı.

Amma Moskva ilə Vyana arasında bu anlaşmadan bircə həftə sonra Avropa Birliyinin təzyiqi ilə Bolqarıstan eyni kəmərin öz ərazisindən keçən hissəsinə dair Rusiya ilə razılaşmasını təxirə saldı. Halbuki Rusiya qazını Boqlarıstan Avstriyadan 100 dollar baha – 501 dollara alır.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych keçən ilin noyabrında Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalamaqdan imtina edən vaxtlar Rusiya prezidenti Vladimir Putin Ukraynanın da Gömrük İttifaqına qoşulmasına çalışırdı. Rusiyanın rəhbərliyi altında yaradılan bu birliyə hazırda Belarus və Qzaxıstan daxildir.

O zaman Putin Ukraynaya 15 milyard dollar borc vədi ilə yanaşı qazın qiymətini də kəskin azaldacağını demişdi.

Amma Ukrayna qərarlarında qazın qiymətini gerçəkdən də ciddi faktor hesab etsəydi, gərək qonşusu Belarusa baxardı.

Rusiya Belarusa qazı hamıdan ucuz – m3-i 166 dollara satır. Keçən il Gömrük İttifaqına qoşulacağını bəyan edən Ermənistan da Belarusdan sonra gəlir – m3-i 189 dollara. Hər iki ölkə bütün qazını Rusiyadan alır.

Rusiya qazından kim daha çox asılıdır?
Rusiya qazından kim daha çox asılıdır?

Rusiya qazından asılı olan bəzi ölkələr isə buna əskinə, Moskvanın kəskin tənqidçiləridir. İşlətdikləri təbii qazın hamısını Rusiyadan almalarına baxmayaraq, Latviya, Litva və Estoniya Ukrayna böhranında tamamilə Kiyevi dəstəkləyirlər.

Hazırda Moskva ilə ciddi qarşıdurma şəraitində olan Ukraynanın özü də işlətdiyi qazın 72 faizini Rusiyadan alır.

Belarusdan başqa, Rusiyanın Avropadakı ən alovlu tərəfdarlarından biri də Serbiyadır. Amma Moskva Belarusa 166 dollara satdığı təbii qazın m3-ə Serbiyadan 457 dollar alır.

Ekspert James Henderson hesab edir ki, bütün hallarda Qazprom-un qiymət qərarı əsasən iqtisadi amillərdən qaynaqlanır:

“Qiymət müzakirələrində siyasi səbəblər də olmamış deyil. Təbii ki, alqı-satqı müzakirələri gedən zamanın siyasi ovqatı də təsir edir. Gördüyüm odur ki, Rusiya qaza nə qədər ala biləcəyini düşünb ona əsasən də qiymət deyir.”

XS
SM
MD
LG