Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:54

Məhsəti Gəncəvi urdu dilində danışdı


Məhsəti Gəncəvi
Məhsəti Gəncəvi

-

Məhsəti Gəncəvi haqqında urdu dilində yeni kitab nəşr edilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, professor Rafael Hüseynovun müəllifi olduğu portret-oçerkdə şairənin mübarizələrlə dolu həyat yolu, ədəbi irsinin özünəməxsus xüsusiyyətləri, Məhsəti Gəncəvinin özündən sonrakı ədəbi inkişafa göstərdiyi əhəmiyyətli təsir çoxsaylı qaynaqların verdiyi məlumatlar əsasında araşdırılıb.

Məhsətinin hələ səkkiz əsrdən də əvvəl qadınların hüquqları, onların cəmiyyətdə mövqeyi haqqında düşüncələri, daha ədalətli bir yaşayış mühitinin bərqərar olması səmtində çalışmaları azadfikirliliyin klassik nümunəsi kimi böyük dəyər daşıyır və urdu oxucusuna ünvanlanan yeni kitabda bütün bunlar konkret ədəbi nümunələr əsasında şərh edilir.

Xəbərdə vurğulanır ki, Məhsəti Gəncəvi haqqında kitabın urdu dilində nəşri

Pakistanda kifayət qədər geniş oxucu auditoriyasının şairənin ömür və sənət yolu ilə yaxından tanış olmasına imkan yaradacaq.

Əsəri urdu dilinə Tariq Həmid çevirib, nəşrin redaktoru Tahir Həmiddir.

«Şərq-Qərb» nəşriyyatında nəfis şəkildə çapdan buraxılmış kitabın yaxın vaxtlarda Pakistanda da nəşr edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Məhsəti Gəncəvinin 900 illiyinin qeyd edilməsi ilə bağlı Prezident Sərəncamı var.

Ötən il Məhsətinin yubileyi Parisdə UNESCO səviyyəsində qeyd edilib, ölməz rübailəri bir çox dünya dillərinə tərcümə edilərək nəşr olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG