Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58

-

AXCP üzvü Kəmalə Bənəniyarlının müraciəti üzrə Nəsimi Rayon Prokurorluğunun çıxardığı qərardan məhkəməyə şikayət olunub. Bu haqda AzadlıqRadiosuna Kəmalə Bənəniyarlının özü məlumat verib:

«Mayın 6-da polis idarəsində işgəncəyə məruz qalmışam. Bununla bağlı sübutlar var. İndi prokurorluğun çıxardığı qərarda göstərilir ki, guya mən həmin tarixdə idarədə yox, 22-ci polis bölməsində olmuşam. Özlərindən polis olan saxta şahidlər də tapıblar. Qərarda qeyd olunur ki, həmin polislər mənim idarədə olduğumu və işgəncəyə məruz qaldığımı təsdiqləmirlər. Qərarda tibbi ekspertin də rəyi göstərilir. O da yazıb ki, işgəncə izləri yoxdur. Ekspert mən döyüləndən 22 gün sonra gətirilmişdi. O vaxt mənim yaralarım sağalmışdı. İndi prokurorluğun qərarının ləğv olunması və cinayət işinin başlanması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişik».

Kəmalə Bənəniyarlı mayın 6-da NİDA fəallarına hökm oxunan gün keçirilən etiraz aksiyasında həbs olunmuşdu. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka həbs cəzası vermişdi.

Kəmalə Bənəniyarlı saxlanan gün Nəsimi rayon polis idarəsində ona işgəncə verildiyini deyirdi. Bununla bağlı onun vəkili Əshabəli Mustafayev Nəsimi Rayon Prokurorluğuna müraciət etmişdi. Daxili İşlər Nazirliyi işgəncə iddiasını təkzib edir.

Kəmalə Bənəniyarlı iyunun 5-də azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG