Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:19

Yaponiya Şimali Koreyaya qarşı bəzi sanksiyaları götürəcəyini deyir


Yaponiyanın baş naziri Shinzo Abe

Yaponiyanın baş naziri Shinzo Abe

Yaponiya bildirir ki, Şimali Koreyaya qoyduğu sanksiyalardan bəzilərini götürəcək.

Yaponiyanın baş naziri Shinzo Abe bunu iyulun 3-də elan edib, detalları açıqlamayıb.

Öncə Pxenyan onillər əvvəl Şimali Koreya agentlərinin oğurladığı yaponların taleyini yenidən araşdıracağını deyib.

Bu arada Çin prezidenti Xi Jinping iyulun 3-də Cənubi Koreyaya dövlət səfərində Şimali Koreyanın nüvə proqramını müzakirə edəcək.

Ötən həftə Şimali Koreya bir neçə raket sınağı həyata keçirib ki, bu da Xi-nin Cənuba səfərindən narazılığının əlaməti sayılır.

Çin Şimali Koreyanın yaxın müttəfiqidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG