Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58

İranın İraqa hərbi təyyarə göndərdiyi bildirilir


Sukhoi Su-25 qırıcısı

Sukhoi Su-25 qırıcısı

Londonda mənzillənən tanınmış beyin mərkəzi bildirir ki, İran İraqa hərbi təyyarələr göndərib. Məqsəd İraqın islamçı yaraqlılarla mübarizədə qüvvələrini gücləndirməsidir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu bildirir ki, İraq hakimiyyətinin buraxdığı videonun təsviri təhlilinə əsasən, Sukhoi qırıcılarının İrandan gəldiyini söyləmək olar.

Öncə Rusiya Su-25 yer hücumu təyyarəsi göndərib. İnstitutun təhlilçisi Joseph Dempsey bildirir ki, təyyarələrin saxlanması üçün kimin məsuliyyət daşıyacağı aydın deyil.

«Ancaq görünən odur ki, müəyyən həddə xaricdən dəstək olmasa, İraqın bu tip təyyarəni idarə etməyə qabiliyyəti yoxdur», Dempsey deyib. Onun hesabatı iyulun 2-də yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG