Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Ukrayna hərbçiləri Slavyanskı atəşə tutmadıqlarını deyir


Ukrayna hərbçiləri bildirir ki, Donetsk vilayətində Slavyansk şəhərini artilleriya atəşinə onlar tutmayıblar, eləcə də Luqanskda bir qəsəbəyə hava zərbəsi endirməyiblər. Hər iki halda dinc sakinlərin ölümünə separatçılar səbəb olub. Bu barədə jurnalistlərə anti-terror əməliyyatları üzrə mətbuat mərkəzindən Alekseyn Dmitrashkovskiy deyib.

Öncə Donetsk və Luqansk «xalq respublikalarının» təmsilçiləri Slavyansk və Staniza Luqanskayada dinc sakinlərin ölümünə görə hərbçiləri günahlandırb.

Dmitrashkovskiy deyir ki, separatçılar minomyotlardan atəş açıblar. Luqanskda İzvarino yaxınlığında mina partlayışında 4 hərbçi yaralanıb.

«İnformasiya müqaviməti» qrupunun məlumatına görə, atəşkəs dayandırılandan sonra Ukrayna hərbçiləri Donetskdə 4 yaşayış məntəqəsini yaraqlılardan geri alıblar. Nikolayevka uğrunda döyüşlər gedir.

Ukraynanın şərqində aprelin 15-də hərbi əməliyyatlar başlanandan 200 hərbçi ölüb, 619 nəfər yaralanıb. Müdafiə Nazirliyinin məlumatına görə, separatçılar 29 hərbçini əsir götürüb.

Donetskdə 160 dinc sakinin öldüyü barədə təsdiqlənməmiş məlumatlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG