Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:10

Dövlət Departamentindən Qarabağ açıqlaması


Jen Psaki
Jen Psaki

-

«Ümid edirik ki, Ermənistan və Azərbaycan prezidentləri Fransa prezidenti Hollande-ın Parisdə görüşmək dəvətini mümkün qədər tez qəbul edəcək və sülh sazişinə aparacaq danışıqlara razılaşacaqlar».

Bunu Dövlət Departamentinin sözçüsü Jen Psaki iyulun 2-də Vaşinqtonda jurnalistlərə deyib.

«Biz hər iki tərəfi danışıqlar masasında cəhdləri ikiqat artırmağa və sülhün regiona gətirəcək faydasını diqqətə almağa çağırırıq. Aydındır ki, qızışdırıcı ritorika və bəyanatlar gərginliyin azaldılması prinsipinə ziddir və fikrimizcə, sülh prosesinə ziyan vurur. Bu səbəbdən tərəfləri cəhdləri ikiqat artırmağa çağırırıq», Psaki deyib.

XS
SM
MD
LG