Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:53

Masallı rayonunun Tiyəqani kəndində bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, ötən gün axşam radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı, 2007-ci il təvəllüdlü Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar.

Uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılıb valideynlərinə təhvil verilib.

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG