Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

Naxçıvandakı türk liseyləri də bağlandı


-

Naxçıvanda fəaliyyət göstərən liseylər bağlanıb.

Bu haqda AzadlıqRadiosuna həmin liseylərin təhlükəsizlikləri baxımından adlarının çəkilməsini istəməyən müəllimləri məlumat verib.

Müəllimlərin dediyinə görə, iyulun 2-də nazirlik əməkdaşları liseylərə gəlib, təhsil müəssisələrinin fəaliyyətinə son qoyulduğunu elan ediblər.

Ötən ay Azərbaycan Beynəlxalq Təhsil Kompleksi öz nəzdindəki 1 gimnaziya və 10 liseyin ləğv edilməsi barədə qərar çıxarıb.

Naxçıvan və Şərur türk liseyləri ilə Ordubad Qız Liseyi bu Kompleksə daxil deyildi. Onlar Naxçıvan Təhsil Nazirliyi və «Zaman öyrətim» təhsil şirkətinin tabeliyində idi.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məsələyə münasibət bildirmək istəmədilər.

XS
SM
MD
LG