Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:02

-

Bir qrup şəxs şair və rəssam Adil Mirseyidlə bağlı prezidentə müraciət edib.

Azərbaycan Yazıçılar Birliyinin yaydığı müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

Möhtərəm cənab Prezident!

Bu gün bir qrup Azərbaycan yazıçısının, ziyalısının Sizə müraciət etməsinin səbəbi görkəmli Azərbaycan şairi, istedadlı rəssam Adil Mirseyidin səhhətidir.

Artıq xeyli vaxtdır qaraciyər serrozundan əziyyət çəkən şairin vəziyyəti təəssüf ki, günü-gündən ağırlaşır və artıq kritik həddə çatıb.

Çox hörmətli cənab Prezident!

Şair Adil Mirseyid ölkəmizin son 35 illik ədəbi-mədəni həyatında dərin iz qoymuş, çağdaş Azərbaycan şeirini təzələmiş, estetik planda yeni müstəviyə çıxarmış böyük şairlərimizdən biridir. Təəssüf ki, o da ədəbiyyat tarixindən adları bəlli bir çox sənətkarlarımız kimi ehtiyac və evsizlik şəraitində yaşayır, indi isə amansız xəstəliklə üz-üzə dayanmışdır. Məhz bu gün onun Sizin və Dövlətimizin himayəsi altına alınaraq birdəfəlik və əsaslı şəkildə müalicə olunmasına ehtiyacı var.

Şairin müalicəsinə yardım etmənizi Sizdən xahiş edirik.

İnanırıq ki, Sizin şəxsinizdə Dövlətimiz həmişəki kimi humanist davranacaq, şair Adil Mirseyidin müalicəsinə yardım etməklə həm şairin ailə üzvlərini, həm onun poeziyasını sevən minlərlə insanı və bütövlükdə isə ədəbi-mədəni ictimaiyyəti sevindirəcəkdir.

Dərin hörmətlə,

Səlim Babullaoğlu,

Xəyal Rza,

Rafiq Həşimov,

Elçin İskəndərzadə,

Şeyx Əbdül,

Nizaməddin Şəmsizadə,

Baba Vəziroğlu,

Rey Kərimoğlu,

İlham Tumas,

Qulu Ağsəs,

Ağalar Bayramov,

Kamil Məhərrəmoğlu,

Elçin Hüseynbəyli

Günün bütün mövzuları

XS
SM
MD
LG