Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

Konqresmen Christopher Smith Anar Məmmədlinin atası ilə görüşüb


Christopher Smith

Christopher Smith

ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri, respublikaçı konqresmen Christopher Smith Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədlinin atası Asəf Məmmədovla görüşüb.

SMDT-nin koordinatoru Samir Kazımlının AzadlıqRadiosuna bildirdiyinə görə, görüşdə A. Məmmədlinin və mərkəzin həbsdə olan icraçı direktoru Bəşir Süleymanlının vəziyyəti müzakirə olunub:

«Görüşdə mən də iştirak edirdim. Anar Məmmədli və Bəşir Süleymanlıya qarşı çıxarılan məhkəmə hökmünün ədalətsiz olması konqresmenin diqqətinə çatdırıldı. Konqresmen onların məsələsini yaxından izlədiyin bildirdi. O, hər iki seçki müşahidəçisinin azadlığa buraxılması üçün çalışacağını vurğuladı. C. Smith prezidentlə görüşündə Anar Məmmədlinin məsələsinin müzakirə etdiyini də dedi».

Günün bütün mövzuları

XS
SM
MD
LG