Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:46

AMEA elmi işçilərin sayı 2-3 min nəfər azaldıla bilər


APA-nın xəbərinə görə, «AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası»nda qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası üçün kadr potensialı məsələsi ən kəskin problemlərdən biri olaraq qalır.

Bu problemin həlli yollarından biri AMEA-da elmi işçilərin sayının (təxminən 2-3 min nəfər) əsaslı şəkildə azaldılmasıdır. Onların əvəzinə isə xüsusi şərtlər daxilində xaricdən alimlərin cəlb olunması (hər şeydən əvvəl Azərbaycan elmi diasporunun nümayəndələrini), fəaliyyəti xarici reytinqli elmi dərgilərdə nəşr olunma, müxtəlif qrant müsabiqələrində aktivliyi və beynəlxalq elmi yığıncaqlarda iştirakının yüksək göstəriciləri ilə xarakterizə edilən əməkdaşlar elmdə saxlanılmalıdır.

Səmərəli əmək fəaliyyətini stimullaşdırmaq üçün AMEA-da müddətli əmək müqaviləsi əsasında işləyənlərin sayının tədricən artırılması vacibdir. Yeni vakansiyalara müsabiqələr beş il müddətinə əmək müqaviləsinin bağlanmasının göstərilməsi şərti ilə keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG