Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:06

«Missis və Mister Cəsəd»


«Missis və Mister Cəsəd»
«Missis və Mister Cəsəd»

-

Q. Q. Markesin «Missis və Mister Cəsəd» komik mistikası bu gün «Yuğ» teatrında göstəriləcək.

«Yuğ» Dövlət Teatrı bu gün saat 18-də yeni tamaşa təqdim edəcək.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərovun AzadlıqRadiosuna verdiyi xəbərə görə, yeni tamaşa Q. Q. Markesin «Dünyanın ən gözəl ölüsü» hekayəsi və «Gözlənilən bir qətlin tarixçəsi» povestinin motivləri əsasında «Missis və Mister Cəsəd» komik mistikasıdır.

O biri dünyada «Yeraltı Gözəllik Yarışması» keçirilir. Yarışmanın şərtlərinə görə iştirakçılar dirildilib, bu dünyaya göndərilir.

Onlar sağ olarkən etdikləri əməlləri təkrarlayıb buna özləri qiymət verirlər.

Məlum olur ki, özünü, az qala, müqəddəs sayan iştirakçıların heç biri dirilməyə layiq deyil...

Müəllif bu fikrə gəlir: Dünyanın ən gözəl ölüsü bu dünyada yaxşı əməllərə sahib olan və öləndə cəsədi «sahibsiz» qalmayan kəslərdir.

Tamaşa 55 dəqiqə sürür.

Tamaşanın quruluşçu rejissoru – ƏR-Toğrul, quruluşçu rəssamı - Umay Həsənova, musiqi tərtibatı – Mələk Vəlizadə, rejissor assistenti – Yaqut Paşazadədir.

Rolları Amid Qasımov, Rasim Cəfər, Könül Cəfərzadə, Yaqut Paşazadə, Elgün Həmidov, Təranə OcaqverdiyevaVüqar Hacıyev ifa edirlər.

XS
SM
MD
LG